Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ərzaq məhsullarının qiymətləri ilə bağlı hökumət yanında əlaqələndirmə komissiyası yaradılıb

345
Ərzaq məhsullarının qiymətləri ilə bağlı hökumət yanında əlaqələndirmə komissiyası yaradılıb
Dinləmək üçün basın

Ərzaq məhsullarının qiymətləri ilə bağlı hökumət yanında əlaqələndirmə komissiyası yaradılıb və komissiyaya Gürcüstanın baş naziri İrakli Kobaxidze rəhbərlik edəcək.

Ərzaq məhsullarının qiymətləri ilə bağlı hökumət yanında əlaqələndirmə komissiyası yaradılıb və komissiyaya Gürcüstanın baş naziri İrakli Kobaxidze rəhbərlik edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Hökumət Administrasiyası yayıb.

Qurumun açıqlamasına görə, müvafiq sərəncam hökumətin dünən keçirilən iclasında təsdiqlənib. Bildirilib ki, komissiyanın tərkibinə aidiyyəti sahələr üzrə nazirlər, Hökumət Administrasiyasının nümayəndələri və Rəqabət Agentliyi daxil olacaq.

Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolian bildirib ki, baş nazir ərzaq məhsullarında müşahidə olunan qiymət artımları barədə geniş danışıb və vurğulayıb ki, bu məsələ daha dərindən araşdırılmalıdır. Onun sözlərinə görə, bir çox hallarda qiymət artımları heç bir məntiqə əsaslanmır və bu da birbaşa istehlakçılara mənfi təsir göstərir.

Levan Jorjolianın qeyd etdiyi kimi, yeni yaradılan hökumət komissiyasının əsas məqsədi ərzaq qiymətləri ilə bağlı proseslərin daha səmərəli şəkildə əlaqələndirilməsi və mövcud problemlərin hərtərəfli təhlil olunmasıdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →