İrakli Kadaqişvili: USAID-in fəaliyyəti ABŞ-nin imicinə zərər vurub
"Vaxtilə USAID-in fəaliyyətinə rəhbərlik etmiş ölkə liderləri etiraf edirlər ki, təşkilat öz fəaliyyətində əsas diqqəti son nəticədə ABŞ-nin beynəlxalq imicinin zəifləməsinə xidmət edən istiqamətlərə yönəltmişdi."
InterPress.ge xəbər verir ki, bu barədə Regional siyasət və yerli özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili bildirib.
Kadaqişvili bildirib ki, demokratiya, azadlıq və insan hüquqları adı altında digər dövlətlərin daxili işlərinə qeyri-legitim müdaxilələr həyata keçirilirdi. Onun sözlərinə görə, bu məsələ ilə bağlı bir çox ölkə, o cümlədən Gürcüstan da uzun müddətdir açıq şəkildə mövqe ifadə edirdi.
Mövzuya münasibət bildirən Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask isə USAID barədə sərt açıqlama verərək qeyd edib ki, bu qurum “bir neçə qurdlu alma” deyil, əksinə, “alma formasında olan çürümüş qurd yığını” idi.


