05 
Yan
2026
21:00
206

Qiorqi Volski: Brüsselin siyasəti Rusiyanın aqressiyasını Cənubi Qafqaza, xüsusilə Gürcüstana yönəltmək marağından qaynaqlanır

Hakim komandada Avropa İttifaqının 2026-cı ildə Gürcüstana qarşı hansı siyasəti yürüdəcəyi ilə bağlı suallar səsləndirilir.

InterPress.ge xəbər verir ki,deputatlar narahatlıqlarını ifadə edərək bildirirlər ki, təzyiq siyasətinin, ədalətsiz qərarların, bəyanatların və qətnamələrin qəbulu davam edib-etməyəcəyi hələ də açıq qalır.

Onların sözlərinə görə, son dövrlərdə baş verən bir sıra hadisə və faktlar Brüsselin Gürcüstana münasibətdə yanlış yanaşmalarını bir daha təsdiqləyib və bu, artıq beynəlxalq ictimaiyyətin bir hissəsi tərəfindən də etiraf olunur. Hakim komanda ümid edir ki, 2026-cı il ədalət baxımından dönüş nöqtəsi olacaq.

Parlamentin birinci vitse-spikeri Qiorqi Volskinin sözlərinə görə, Brüsselin siyasəti ölkədəki real vəziyyətin və inkişafın obyektiv təhlilinə əsaslanmır. O bildirib ki, bu yanaşma daha çox Rusiyanın aqressiyasının Cənubi Qafqaza, xüsusilə də Gürcüstana yönəldilməsi marağından qaynaqlanır və bu, region üçün ciddi gərginlik və qarışıqlıq riski yarada bilər.

Volski qeyd edib ki, ikili standartlar və ədalətsizlik fonunda yaxın gələcəkdə münasibətlərin normallaşmasından danışmaq çətindir. Bununla belə, o vurğulayıb ki, bu vəziyyət Gürcüstanın seçdiyi yoldan geri çəkiləcəyi anlamına gəlmir və ölkə öz inkişaf kursunu dəyişmək niyyətində deyil.

Bizimlə əlaqə saxlayın