13 
Yan
2026
00:26
265

Salome Zurabişvili: Gürcüstanda terror artıq hakim elitanı da əhatə edib

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstanda terror dalğası vətəndaş cəmiyyəti və müxalifətdən sonra artıq hakim elitanı da əhatə edib.

InterPress.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Salome Zurabişvili qeyd edib ki, hazırda müdafiə naziri, dövlət təhlükəsizliyi naziri və iqtisadiyyat naziri daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həbsdədir. Onun sözlərinə görə, sabiq baş nazir, eyni zamanda müdafiə və daxili işlər naziri vəzifələrində çalışmış İrakli Qaribaşviliyə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

“Gürcüstanda terror vətəndaş cəmiyyəti və müxalifətdən sonra artıq hakim elitanı da əhatə edib. Nazirlər həbsdədir. Sabiq baş nazir Qaribaşvili 5 il azadlıqdan məhrum edilib. Rejim mövqelərini itirir”, – deyə Salome Zurabişvili X sosial şəbəkəsində yazıb.

Bizimlə əlaqə saxlayın