Kobaxidze: Trampın dediklərini biz illərdir deyirdik – Avropa üçün islahat həyati zərurətdir
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampın Avropanın islahatlara ehtiyacı olduğu barədə bəyanatına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə, Trampın səsləndirdiyi fikirlər Gürcüstan hakimiyyətinin uzun illərdir Avropada mövcud olan mənfi tendensiyalarla bağlı söylədiyi mövqelərlə üst-üstə düşür.
“Bizim üçün bu, əlbəttə ki, müsbətdir. İllərdir söylədiyimiz fikirləri bu gün prezident Tramp və onun administrasiyası təkrarlayır. Bu, Avropada yaranmış real vəziyyətdir və biz məhz bu mənfi tendensiyalar barədə danışırdıq. Bu gün eyni məsələləri Amerika administrasiyası səsləndirir”, – deyə İrakli Kobaxidze bildirib.
Baş nazir vurğulayıb ki, Avropa İttifaqının islahatlara ehtiyacı var və bu, onun gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Avropa İttifaqının və Avropa bürokratiyasının bu islahat gücünü tapıb-tapmayacağını zaman göstərəcək.
“Kobaxidze qeyd edib ki, Avropa İttifaqının öz daxilində islahat potensialını tapacağına ümid edirlər və bu islahatlar Aİ üçün həyati əhəmiyyət daşıyır”, – deyə baş nazir əlavə edib.


