20 
Yan
2026
11:35
416

Gürcüstanda qızılın qiyməti rekord həddə çatdı – bahalaşmanın səbəbi nədir?

Gürcüstanda qızılın qiyməti yeni rekord səviyyəyə yüksəlib.

InterPress.ge xəbər verir ki, 999 əyarlı qiymətli metalın, yəni “bajaglo”nun 1 qramının qiyməti 416 lari təşkil edib. Standart 750 əyarlı qızılın 1 qramı 312 lari, 858 əyarlı qızılın 1 qramı isə 243 lariyə satılır.

Gümüş də bahalaşıb. 999 əyarlı gümüşün 1 qramının qiyməti 8,46 lari, 800 əyarlı gümüşün 1 qramı isə 6 lari təşkil edir.

Qızıl dünya bazarlarında da bahalaşır. Hazırda 1 unsiya qızılın qiyməti 4 706 dollar, gümüşün unsiyası isə 93,45 dollar səviyyəsindədir.

BBC-nin versiyasına görə, qiymətli metalların bahalaşmasının əsas səbəbi ABŞ prezidenti Donald Tramp tərəfindən Qrenlandiya məsələsi ilə bağlı mövqelərini ifadə etmiş 8 Avropa ölkəsinə qarşı 10 faiz tarif tətbiq edilməsidir.

Bizimlə əlaqə saxlayın