Donald Tramp: İran təhdidləri davam etsə, ölkə yer üzündən silinəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ona qarşı sui-qəsd təhdidlərini davam etdirərsə, “İran yer üzündən silinəcək”.
InterPress.ge xəbər verir ki, Tramp bu fikirləri NewsNation telekanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, hər hansı bir hadisə baş verərsə, bütün ölkə məhv ediləcək və ABŞ son dərəcə sərt zərbə endirəcək. “Əgər nəsə olarsa, bütün ölkə partlayacaq. Onlara çox güclü zərbə vuracağıq”, – deyə ABŞ prezidenti vurğulayıb.
Donald Tramp qeyd edib ki, İran tərəfindən təhdidlərin davam edəcəyi təqdirdə ABŞ-ın hərəkətləri üçün artıq “çox sərt göstərişlər” verilib.
Eyni zamanda, Tramp ABŞ-ın sabiq prezidenti Joe Bideni də tənqid edib və onun İranın təhdidlərinə daha sərt cavab verməli olduğunu bildirib.
“Prezident prezidenti qorumalıdır. Mən təhdidə qətiyyətli cavab verərdim, hətta bu, birbaşa prezidentə qarşı yönəlməsə belə”, – deyə Donald Tramp qeyd edib.


