26 
Yan
2026
03:46
236

Giorgi Volski: Cəmiyyətdə parçalanmanın qarşısının alınması üçün ən effektiv mexanizmlərdən biri diskussiyalardır

"Cəmiyyətdə baş verən parçalanma prosesinin qarşısının alınması üçün təsirli vasitələrdən biri məhz diskussiyalardır."

InterPress.ge xəbər verir ki, siyasi debatlarla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin irəli sürdüyü təşəbbüsü parlament sədrinin birinci müavini Giorgi Volski “Günün xronikası” verilişində dəyərləndirib.

O bildirib ki, son dövrlərdə cəmiyyət elə dərəcədə qütbləşib ki, artıq uzun müddətdir səsləndirilən mövzular yenidən gündəmə gətirilməli olub.

“Diversiya təkcə partlayıcı maddələrin, silahın və ya narkotiklərin ölkəyə gətirilməsi demək deyil. Diversiya eyni zamanda psixoloji terror formasıdır ki, Gürcüstanla bağlı intensiv şəkildə həyata keçirilir. Bu prosesə cəmiyyətin müəyyən qruplarının bir-birinə qarşı qoyulması, maliyyə resursları, siyasi dəstək və artıq təlimat xarakteri alan bəyanatlar da daxildir. İnsanlar bilərəkdən mobilizə olunub ki, qanuna qarşı qoyulsunlar. Qanuna qarşı durmaq isə onu göstərir ki, diskussiyalar istənilmir. Qanunla qarşıdurma cəza ilə nəticələnməli, bu cəzalara isə sonradan müəyyən təşəbbüslər – guya müxalifətə qarşı fiziki və qeyri-hüquqi hesablaşmalar barədə iddialar – əlavə olunur. Biz bütün bunları müəyyən ssenarinin tərkib hissəsi hesab edirik. Bu yaradılmış problemin aradan qaldırılması, yəni cəmiyyətdə parçalanmanın qarşısını almaq üçün ən təsirli mexanizmlərdən biri diskussiyalardır. Lakin bu diskussiyalar əsassız mövzular ətrafında deyil, Gürcüstanın gələcəyinə aid konkret məsələlər üzrə aparılmalıdır”, – deyə Volski vurğulayıb.

Baş nazir İrakli Kobaxidze isə sosial şəbəkədə yaydığı paylaşımda debatların vacibliyini qeyd edərək bildirib ki, ictimai həyatdakı açıq diskussiyalar demokratik sistemin tam şəkildə işləməsi üçün həyati əhəmiyyət daşıyır. “Biz ictimai müzakirələri yenidən cəmiyyətin gündəlik həyatına qaytarmalıyıq. Bu, tam funksional demokratiya üçün son dərəcə vacibdir”, – deyə Baş nazir qeyd edib.

Hökumət başçısının təşəbbüsünə Vahid Neytral Gürcüstan partiyası da reaksiya verib. Partiya yaydığı bəyanatda Gürcüstan mediası və ya hakimiyyət tərəfindən – istər hökumət, istərsə də parlament səviyyəsində – yaradılacaq ictimai debat formatlarında iştirak etməyə hazır olduğunu açıqlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər