Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Liz Trass: BBC dövlət bürokratik aparatının bir qoluna çevrilib

268
Liz Trass: BBC dövlət bürokratik aparatının bir qoluna çevrilib
Dinləmək üçün basın

Böyük Britaniyanın sabiq baş naziri Liz Truss şəxsi podkastında jurnalist Will Kingston ilə birlikdə Qərb mediasında, xüsusilə Böyük Britaniyada medianın qərəzliliyi və “vouk” ideologiyasının təsiri mövzusunda danışıb.

Böyük Britaniyanın sabiq baş naziri Liz Truss şəxsi podkastında jurnalist Will Kingston ilə birlikdə Qərb mediasında, xüsusilə Böyük Britaniyada medianın qərəzliliyi və “vouk” ideologiyasının təsiri mövzusunda danışıb.

Kinqstonun sözlərinə görə, bu gün bir çox jurnalist peşəyə həqiqəti axtarmaq üçün deyil, siyasi məqsədlərlə aktivist kimi daxil olur. O, bunun əsas səbəbləri kimi aşağı əməkhaqqını, “aktivist” mövzuların artan populyarlığını və medianın milyarderlər tərəfindən sahiblənilməsini göstərib.

Məhz bu kontekstdə Trass BBC haqqında da fikirlərini bölüşərək Böyük Britaniyada medianın vəziyyətinin daha ağır olduğunu vurğulayıb. Onun sözlərinə görə, media artıq neytral informasiya ötürücüsü rolunu yerinə yetirmir, əksinə ideoloji və siyasi alətə çevrilib; bu prosesə həm dövlət strukturları, həm də media tənzimləyiciləri dəstək verir.

“Böyük Britaniyada vəziyyət daha ağırdır, çünki dövlət tərəfindən maliyyələşdirilən BBC faktiki olaraq dövlət bürokratik aparatının bir qoluna çevrilib. Burada ‘vouk’ mədəniyyəti, transgender ideologiyası, İsrailə, ABŞ-yə və Donald Trumpa qarşı mənfi münasibətlər möhkəmlənib. Bildiyiniz kimi, Prezident Tramp genişmiqyaslı qərəzlilik səbəbilə onlara qarşı məhkəməyə də müraciət edib”, – deyə Trass qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →