05 
Fev
2026
17:32
126

Avropa Parlamentinin üzvü Tom Vandendrişşe: “Əgər bunlar nifrət nitqidirsə, Aİ nəyi normallaşdırmağa çalışır?”

Avropa Parlamentinin deputatı Tom Vandendriessche ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin hesabatını şərh edib. Hesabata görə, Avropa senzurasının təzyiqi fonunda TikTok “yalnız iki cins mövcuddur”, “uşaqlar transgender ola bilməz” və “uşaqların seksualizasiyasını dayandırın” kimi ifadələri “nifrət nitqi” kimi qiymətləndirərək onlara senzura tətbiq edib.

Avropalı deputat bu ifadələrin nifrət nitqi kimi qiymətləndirilməsi ilə bağlı sual qaldıraraq, belə yanaşmanın Avropa İttifaqının hansı dəyərləri normallaşdırmağa çalışdığı ilə bağlı suallar yaratdığını bildirib.

“Seçkilər ərəfəsində ‘yalnız iki cins mövcuddur’, ‘uşaqlar transgender ola bilməz’ və ‘uşaqların seksualizasiyasını dayandırın’ kimi bəyanatlar ‘nifrət nitqi’ kimi qiymətləndirildi. Əgər bu ‘nifrətdirsə’, onda konkret olaraq Avropa İttifaqı nəyi normallaşdırmağa çalışır?” – deyə Vandendrişşe X sosial şəbəkəsində yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər