Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Xorvatiyanın “Nova TV” kanalı Xorvatiya prezidentinin Gürcüstana planlaşdırılan səfəri ilə bağlı süjet yayımlayıb

234
Xorvatiyanın “Nova TV” kanalı Xorvatiya prezidentinin Gürcüstana planlaşdırılan səfəri ilə bağlı süjet yayımlayıb
Dinləmək üçün basın

Xorvatiyanın “Nova TV” televiziya kanalında Xorvatiya prezidentinin Gürcüstana planlaşdırılan səfəri ilə bağlı süjet yayımlanıb.

Xorvatiyanın “Nova TV” televiziya kanalında Xorvatiya prezidentinin Gürcüstana planlaşdırılan səfəri ilə bağlı süjet yayımlanıb.

InterPress.ge xəbər verir ki, süjet “Prezident Milanoviç prezident Kavelaşvilinin dəvəti ilə Avropa İttifaqının sanksiyaları altında olan ölkə – Gürcüstana səfər edəcək” başlığı ilə təqdim olunub.

Məlumata görə, Xorvatiya prezidenti Zoran Milanoviç bu il ilk rəsmi xarici səfərinə hazırlaşır. O, Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin dəvəti ilə Gürcüstana səfər edəcək.

Məsələ ilə bağlı danışan diplomat və xarici siyasət üzrə ekspert Bojo Kovaçeviç bildirib ki, Gürcüstanın Avropa İttifaqının sanksiyaları altında olmasına baxmayaraq, Xorvatiya prezidentinin bu səfəri Gürcüstana qarşı dost münasibətin göstəricisidir.

“Prezident Milanoviçin bu səfərini Gürcüstana qarşı dostluq jesti kimi qiymətləndirirəm. Biz bilirik ki, Gürcüstan Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyi üçün Avropa İttifaqının sanksiyaları altındadır”, – deyə Bojo Kovaçeviç vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →