07 
Fev
2026
12:37
171

İrakli Kobaxidze: Təhsil sisteminə fundamental islahat zəruridir və bu, yenidən baxılacaq məsələ deyil

"Bir məsələ var ki, müzakirəyə açıq deyil – bu da təhsil sisteminin fundamental islahata ehtiyac duymasıdır."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, islahatın detalları ilə bağlı müzakirələrə və görüşlərə hazırdır. O qeyd edib ki, bu məqsədlə dünən də görüş keçirilib və gələcəkdə də bu istiqamətdə dialoq davam etdiriləcək.

İrakli Kobaxidze vurğulayıb ki, dəyişməyəcək yeganə mövqe ondan ibarətdir ki, mövcud sistem köklü dəyişikliklərə ehtiyac duyur. Onun sözlərinə görə, gürcü gənclərinin ali təhsil sistemində lazımi keyfiyyətdə təhsil və bilik əldə etməsi üçün fundamental islahat qaçılmazdır. Baş nazir əlavə edib ki, bu əsas prinsip müzakirə mövzusu deyil, lakin digər bütün məsələlər dialoq və müzakirə predmetinə çevrilə bilər.

Bizimlə əlaqə saxlayın