Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ və Gürcüstan arasında regional əməkdaşlıq müzakirə olunub

170
ABŞ və Gürcüstan arasında regional əməkdaşlıq müzakirə olunub
Dinləmək üçün basın

ABŞ Dövlət Departamentinin mətbuat katibi Tomi Piqott Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya ilə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun rəhbəri Brendan Hanrahan arasında baş tutan…

ABŞ Dövlət Departamentinin mətbuat katibi Tomi Piqott Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya ilə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun rəhbəri Brendan Hanrahan arasında baş tutan görüşlə bağlı açıqlama verib.

InterPress.ge xəbər verir ki, Independence Avenue Medianın məlumatına görə, mətbuat katibi bildirib ki, fevralın 3-də ABŞ və Gürcüstan arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə konstruktiv müzakirə aparılıb.

Açıqlamada qeyd olunub ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun yüksək vəzifəli nümayəndəsi Brendan Hanrahan və Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Cənubi Qafqaz regionunda əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bildirilib ki, bu müzakirələr Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında əldə olunmuş tarixi sülh sazişindən irəli gəlir.

Dövlət Departamenti vurğulayıb ki, fevralın 3-də ABŞ və Gürcüstan arasında ümumi maraqlara aid mövzular üzrə konstruktiv dialoq baş tutub.

Qeyd edək ki, Laşa Darsaliya Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ dövlət katibinin köməkçisi Brendan Hanrahanla görüşüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →