ABŞ və Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb
ABŞ və Azərbaycan arasında “Strateji tərəfdaşlıq haqqında Xartiya” imzalanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan mətbuatı məlumat yayıb.
Xartiyanın imzalanma mərasimi Bakıda, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin rəsmi səfəri çərçivəsində keçirilib. Sənəd ABŞ hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanıb.
ABŞ tərəfdən Xartiyanı vitse-prezident Cey Di Vens, Azərbaycan tərəfdən isə Prezident İlham Əliyev imzalayıb.
Məlumat üçün bildirək ki, regionda bundan əvvəl Ermənistan ilə ABŞ arasında “Strateji tərəfdaşlıq haqqında Xartiya” 2025-ci ilin yanvarında imzalanmışdı.
Gürcüstan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji tərəfdaşlıq xartiyası isə 2009-cu il yanvarın 9-da Vaşinqtonda imzalanmışdı. Həmin sənədə Gürcüstan tərəfindən o vaxtkı xarici işlər naziri Qriqol Vaşadze, ABŞ tərəfindən isə dövlət katibi Kondoliza Rays imza atmışdı.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2024-cü ilin noyabrında Gürcüstanla “Strateji tərəfdaşlıq haqqında Xartiya”nın icrasını “Gürcü Arzusu”nun anti-demokratik addımları fonunda dayandırdığını açıqlamışdı.


