Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Kobaxidze: Rusiya və daha dörd ölkə Gürcüstanın ərazi bütövlüyünü tanımır

382
İrakli Kobaxidze: Rusiya və daha dörd ölkə Gürcüstanın ərazi bütövlüyünü tanımır
Dinləmək üçün basın

Rusiya Federasiyası və daha dörd ölkə (Venesuela, Nikaraqua, Nauru, Suriya - red) Gürcüstan hökumətinin ölkə ərazisinin 20 faizdən çox hissəsi üzərində (separatçı Abxaziya və Cənubi Osetiya - red) yurisdiksiyasını…

Rusiya Federasiyası və daha dörd ölkə (Venesuela, Nikaraqua, Nauru, Suriya - red) Gürcüstan hökumətinin ölkə ərazisinin 20 faizdən çox hissəsi üzərində (separatçı Abxaziya və Cənubi Osetiya - red) yurisdiksiyasını tanımır.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

Baş nazirin sözlərinə görə, Gürcüstan daxilində də hökumətin ölkə ərazisinin 100 faizi üzərində yurisdiksiyasını qəbul etməyən ekstremist qruplar fəaliyyət göstərir:

"Həm xarici, həm də daxili səviyyədə ölkənin ərazi bütövlüyü və konstitusiya quruluşunu tanımayan qüvvələr mövcuddur və bu hallar dövlət üçün ciddi təhlükə yaradır".

İrakli Kobaxidze vurğulayıb ki, hökumət hər iki təhdidə qarşı prinsipial mövqe tutur.

"Xarici işğala qarşı mübarizə "İşğal olunmuş ərazilər haqqında" qanun çərçivəsində aparılır, daxili ekstremizmə qarşı isə Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq maddələr tətbiq edilir".

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →