Qısa müddətli sabitlikdən sonra dünya bazarında qızıl və gümüşün qiymətləri yenidən artmağa başlayıb.
InterPress.ge xəbər verir ki, GoldPrice məlumatına görə, Tbilisi vaxtı ilə saat 12:30-a olan göstəricilərə əsasən, 1 unsiya qızılın dəyəri 5 018 ABŞ dolları təşkil edir ki, bu da gün ərzində 0,81% artım deməkdir.
Gümüşə gəldikdə isə, hazırda 1 unsiya 79,14 ABŞ dolları təşkil edir. Bu isə bir gün ərzində 1,88% qiymət artımı deməkdir.
Gürcüstanda qızılın satış qiymətlərinə gəldikdə, 999 əyarlı 1 qram qızılın qiyməti 443 lari, 750 əyarlı qızılın 1 qramı 332 lari, 585 əyarlı qızılın 1 qramı isə 259 lari təşkil edir.
Gümüşün qiymətinə gəldikdə isə, 999 əyarlı 1 qram gümüş 8,03 lari, 800 əyarlı 1 qram gümüş isə 6,43 lariyə təklif olunur.
