28 
Fev
2026
12:00
242

Media: ABŞ və İsrail İran ərazisinə birgə zərbələr endirir

ABŞ və İsrailin İrana qarşı birgə zərbələr həyata keçirdiyi bildirilir.

InterPress.ge xəbər verir ki, məlumatı İsrailin 12-ci kanalı yayıb.

Kanalın xəbərinə görə, hazırda İrana qarşı davam edən hücumlar ABŞ-İsrail birgə əməliyyatıdır.

Eyni zamanda, təsdiqlənməmiş məlumata əsasən, zərbələrin hədəflərindən biri İran prezidenti Məsud Pezeşkianın iqamətgahı olub.

Hücumların başlamasından sonra “Mossad” bəyanat yayaraq İran vətəndaşlarına müraciət edib.

“İranlı qardaşlar və bacılar. Siz tək deyilsiniz! Birlikdə İranı yenidən böyük günlərə qaytaracağıq”, – deyə bəyanatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər