01 
Mar
2026
11:56
204

Donald Tramp: İran hücumları davam etdirsə, ABŞ misli görünməmiş cavab verəcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran zərbələri davam etdirəcəyi təqdirdə, Birləşmiş Ştatlar çox sərt cavab verəcək.

InterPress.ge-nin məlumatına görə, Tramp sosial şəbəkədə yazıb ki, İran bu gün “indiyədək görünməmiş dərəcədə güclü zərbə” endirəcəyini bildirib.

“İran bəyan edib ki, bu gün çox güclü zərbə endirəcək – indiyə qədər olmadığı qədər güclü. Lakin bunu etməsələr daha yaxşı olar, çünki əgər belə etsələr, biz onlara indiyə qədər görmədikləri gücdə cavab verəcəyik”, – deyə Tramp qeyd edib.

Bu arada, İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə və ABŞ-ın hərbi bazalarına qarşı “dağıdıcı hücum əməliyyatı”na başlayacaqlarını bəyan edib.

SEPAH-ın açıqlamasında bildirilir ki, İran İslam Respublikasının silahlı qüvvələrinin tarixində “ən dağıdıcı hücum əməliyyatı” yaxın anlarda “işğal olunmuş ərazilər” və “Amerika terror bazaları” istiqamətində başlayacaq.

Bizimlə əlaqə saxlayın