ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı ən güclü zərbələr hələ başlanmayıb.
InterPress.ge xəbər verir ki, Tramp bu barədə CNN-ə açıqlamasında qeyd edib.
O bildirib ki, İrana qarşı hücumların əsas dalğası hələ qarşıdadır.
“Biz onlara ciddi zərbələr endiririk. Hər şey yaxşı gedir. Dünyanın ən güclü ordusuna malikik və bundan istifadə edirik”, – deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti həmçinin New York Post nəşrinə müsahibəsində İrana quru qoşunlarının göndərilməsini də istisna etmədiyini vurğulayıb.
“Əgər lazım olarsa”, – deyə Tramp əlavə edib.
.jpg)