Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycandan Ermənistana növbəti dizel və gübrə partiyası yola salınıb

409
Azərbaycandan Ermənistana növbəti dizel və gübrə partiyası yola salınıb
Dinləmək üçün basın

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur.

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur.

InterPress.ge "Report"a istinadən xəbər verir ki, 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Rusiya gübrəsi Azərbaycandan tranzitlə Ermənistana göndərilir.

Xatırladaq ki, sonuncu dəfə fevralın 25-də Azərbaycandan Ermənistana 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqon yola salınıb. Bundan əvvəl isə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton "Aİ-92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola düşüb. Bundan əvvəl isə yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxil olub.

Bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →