İran: Qərb sərhədlərindən ölkəyə daxil olmağa çalışan “separatçı qrupların” mövqelərinə zərbələr endirilib
İranın Kəşfiyyat Nazirliyi bəyan edib ki, ölkə qərb sərhədlərindən İrana daxil olmağa hazırlaşan “separatçı qrupların” mövqelərinə zərbələr endirib və onlar böyük itkilər veriblər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı The Times of Israel yayıb.
Nəşr yazır ki, məsələ ilə bağlı üç mənbənin məlumatına görə, İranlı kürd hərbiləşdirilmiş qruplar son günlər Amerika Birləşmiş Ştatları ilə məsləhətləşmələr aparırlar. Müzakirələr İranın qərb hissəsində ölkənin təhlükəsizlik qüvvələrinə necə və hansı formada hücum edilməsi ilə bağlıdır.
Ötən gecə sərhəd bölgəsində əməliyyatın başladığı barədə məlumatlar yayılmışdı, lakin İran bu məlumatları təkzib edib.
İranın Kəşfiyyat Nazirliyinin bəyanatında qeyd olunub ki, İran qüvvələri “nəcib kürdlərlə” əməkdaşlıq edərək İsrail və ABŞ-ın İran ərazisinə hücum məqsədi daşıyan planının qarşısını almağa çalışır.


