İrandan Naxçıvana dron hücumu ilə bağlı ilk açıqlama gəldi
İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi İranın Naxçıvana dron hücumu həyata keçirməsi ilə bağlı iddiaları təkzib edib.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, İran qonşu ölkələrə hücum etmir və baş vermiş hadisə ilə bağlı məlumatı ilk dəfə jurnalistlərdən eşidib.
“Biz qonşu ölkələrə hücum etmirik. Bu insident haqqında sizdən eşitdim. Məsələni və bu məlumatın mənbəyini araşdırmalıyam, daha sonra isə rəsmi mövqe bildirəcəyəm”, – deyə nazir müavini qeyd edib.
Kazem Qəribabadi bildirib ki, İranın siyasəti qonşu ölkələri hədəfə almağı və ya onlara hücum etməyi nəzərdə tutmur.
“İranın siyasəti qonşu ölkələri hədəfə almağı və onlara hücum etməyi nəzərdə tutmur, yalnız o halda istisna ola bilər ki, həmin ərazilərdə bizim rəqiblərimizin – xüsusilə sionist rejimin və ABŞ-ın bazaları fəaliyyət göstərsin və bu bazalar İran İslam Respublikasında günahsız insanlara qarşı hücumlar üçün istifadə olunsun. Biz əvvəldən bəyan etmişik ki, əgər regiondakı bazalar İrana hücum üçün istifadə edilərsə, onları hədəfə alacağıq”, – deyə o bildirib.


