06 
Mar
2026
00:28
247

İran XİN başçısı: Tehran atəşkəs istəmir

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran atəşkəs istəmir və ABŞ ilə danışıqlar aparmaq üçün heç bir səbəb görmür.

InterPress.gexəbərverirki, o, bu barədə NBC News telekanalına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, ABŞ İrana qarşı quru qoşunları ilə müdaxilə etməyə qərar verərsə, İran buna hazır olacaq.

“Biz onları gözləyirik. Əminik ki, onlara qarşı müqavimət göstərə bilərik. Bu, onlar üçün böyük fəlakət olacaq”, – deyə Araqçi bildirib.

İranın xarici işlər naziri həmçinin qeyd edib ki, ABŞ əsas məqsədinə – sürətli qələbə əldə etməyə nail ola bilməyib.

“Onlar buna nail ola bilmədilər və indi bizə niyə hücum etdiklərini əsaslandırmağa çalışırlar. Çoxlu səbəblər irəli sürdülər, lakin heç biri işləmədi”, – deyə İranın XİN başçısı əlavə edib.

Bizimlə əlaqə saxlayın