06 
Mar
2026
10:36
187

Avropa Komissarı: Mövcud prosedurlarla Ukraynanın 2027-ci ildə Aİ-yə üzv olması mümkün deyil

Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, mövcud üzvlük prosedurları ilə Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qoşulması mümkün görünmür.

InterPress.gexəbərverirki, o, bu barədə “Bloomberg” agentliyinə müsahibəsində danışıb.

Kosun sözlərinə görə, Avropa İttifaqına qəbul prosedurlarının dəyişdirilməsi zəruridir, çünki hazırkı mexanizm bugünkü çağırışlara cavab vermir.

“İstifadə etdiyimiz metodologiya bu gün yaşadığımız mürəkkəb dövrə uyğun deyil”, – deyə Avropa komissarı bildirib.

Agentliyin məlumatına görə, son vaxtlar Aİ-yə üzvlük üçün uzunmüddətli prosedurun dəyişdirilməsi məsələsi daha da aktuallaşıb. Belə ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ukraynanın 2027-ci ilə qədər Aİ-yə üzv olacağına zəmanət verə bilməyəcəyini bildirib. Hazırda Avropa Komissiyası Ukraynanın mərhələli şəkildə Aİ-yə qoşulması planı üzərində işləyir.

“Bloomberg”in məlumatına görə, bu məsələ Aİ ölkələri arasında fikir ayrılığı yaradıb. Üzvlük meyarlarının yumşaldılmasına Almaniya qarşı çıxır. Ukraynanın Aİ-yə qəbuluna Macarıstan da uzun müddətdir etiraz edir. Gözlənilir ki, məsələ martın 19-da keçiriləcək sammitdə müzakirə olunacaq.

Marta Kos qeyd edib ki, Avropa İttifaqının qaydaları mövcud reallığı əks etdirməlidir. Onun sözlərinə görə, əgər Aİ üzvlüyə aparan yolu daha aydın və konkret etməzsə, Monteneqro və Moldova kimi digər namizəd ölkələrin Rusiyanın təsiri altına düşməsi riski yarana bilər.

“Əgər biz bu ölkələri daha sürətli və ya fərqli yanaşma ilə qəbul etməsək, ən böyük risk ondan ibarət olacaq ki, həmin ölkələrdə hakimiyyətə başqa qüvvələr gələ və bundan bizə qarşı istifadə edə bilərlər”, – deyə Kos əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər