07 
Mar
2026
13:43
252

İran prezidenti: Fars körfəzi ölkələrindən üzr istəyirik

İran prezidenti Məsud Pezeşkian İranın həyata keçirdiyi zərbələrə görə Fars körfəzi ölkələrindən üzr istəyib.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, İran rəhbərliyinin müvəqqəti şurası qonşu ölkələrə qarşı hücumların dayandırılması barədə qərar qəbul edib.

“İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəmək istəyirəm. Bundan sonra bu ölkələr bizə hücum etmədiyi təqdirdə onlara qarşı hücumlar həyata keçirilməyəcək. Bu məsələ diplomatik yollarla həll olunmalıdır”, – deyə Məsud Pezeşkian bildirib.

Prezident həmçinin ABŞ prezidenti Donald Trampın “şərtsiz təslim olma” çağırışına da münasibət bildirib.

Onun sözlərinə görə, İranın şərtsiz təslim olacağını düşünmək reallıqdan uzaqdır.

“Bu elə bir xəyaldır ki, belə düşünənlər onu özləri ilə məzara aparmalıdırlar”, – deyə İran prezidenti qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər