08 
Mar
2026
11:04
622

Tbilisidə azərbaycanlı saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım etmək ittihamı ilə Azərbaycan vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Ş.H.-ni saxlayıblar.

Patrul-inspektorlar şübhəlini Tbilisidə hərəkətdə olarkən yoxlama məqsədilə saxlayıblar. Onun üzərində aparılan şəxsi axtarış zamanı satış üçün hazırlanmış 28 bağlamada müxtəlif növ narkotik vasitələr – “metamfetamin” və “kokain” aşkar edilərək maddi sübut kimi götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxsin müvəqqəti yaşadığı evdə aparılan axtarış zamanı da xüsusilə külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr müsadirə olunub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır. Bu maddələr 12 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın