09 
Mar
2026
10:21
189

Tramp: İranla müharibənin nə vaxt bitəcəyinə Netanyahuyla birlikdə qərar verəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatması ilə bağlı qərarın İsrailin Baş naziri Benyamin Netanyahuyla birlikdə veriləcəyini bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Tramp Times of Israel nəşrinə müsahibəsində danışıb.

ABŞ Prezidenti qeyd edib ki, İsrail İran tərəfindən məhv edilmək təhlükəsi ilə üz-üzə idi və bu təhlükənin qarşısını onun və Netanyahunun birgə fəaliyyəti alıb.

“İran İsraili və onun ətrafındakı hər şeyi məhv etməyi planlaşdırırdı. Biz birlikdə çalışdıq. İsraili məhv etmək istəyən ölkəni məhv etdik”, – deyə Tramp bildirib.

ABŞ Prezidentindən müharibənin nə vaxt başa çatacağı barədə qərarı təkbaşına verib-verməyəcəyi və ya bunu Netanyahuyla birlikdə edəcəyi soruşulub.

Tramp cavabında bildirib ki, qərar müəyyən mənada birgə qəbul ediləcək.

“Düşünürəm ki, bu müəyyən qədər ikitərəflidir. Biz danışırıq. Qərarı lazım olan vaxt verəcəyəm, lakin bütün amillər nəzərə alınacaq”, – deyə ABŞ Prezidenti qeyd edib.

Bizimlə əlaqə saxlayın