10 
Mar
2026
16:12
196

Əli Laricani Trampa cavab verdi: İran xalqı sizin boş təhdidlərinizdən qorxmur

İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani ABŞ prezidenti Donald Trampın İranla bağlı son bəyanatına cavab verib.

InterPress.ge xəbər verir ki, Laricani bu barədə X sosial şəbəkəsində yazıb.

O bildirib ki, İran xalqı Trampın təhdidlərindən qorxmur və tarix boyu daha güclü qüvvələr belə İranı məhv edə bilməyib.

“İran xalqı sizin boş təhdidlərinizdən qorxmur. İran xalqını sizdən daha güclülər də məhv edə bilməyiblər. Ehtiyatlı olun ki, özünüz məhv olmayasınız”, – deyə Laricani yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək bildirmişdi ki, əgər İran Hörmüz boğazında neft axınını dayandırmağa cəhd etsə, ABŞ ona indiyə qədərkindən “20 dəfə daha güclü” zərbə endirəcək.

Tramp həmçinin qeyd etmişdi ki, ABŞ İranın asanlıqla məhv edilə bilən hədəflərini vuracaq və bu, ölkənin yenidən bərpa olunmasını demək olar ki, mümkünsüz edəcək.

Bizimlə əlaqə saxlayın