İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müharibənin başlanmasından bəri ən intensiv və güclü hərbi əməliyyata başladıqlarını bəyan edib.
InterPress.ge xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı açıqlamada bildirilir.
“Biz fasiləsiz, məqsədyönlü və güclü zərbələri davam etdirəcəyik. Müharibə yalnız onun kölgəsi ölkəmizdən tamamilə yox olduqda başa çatacaq”, – deyə bəyanatda qeyd olunur.
Açıqlamada həmçinin vurğulanır ki, müharibənin davam etdiyi şəraitdə SEPAH düşmənin tam kapitulyasiyasını nəzərdən keçirir.
SEPAH-ın məlumatına görə, gecə ərzində İsrailə və regionda yerləşən ABŞ hədəflərinə qarşı ballistik raketlər buraxılıb.
