İspaniyanın vitse-premyeri: Fridrix Merts indiki tarixi dövrü necə idarə etməyi bilmir
İspaniyanın vitse-premyeri Yolanda Dias POLITICO nəşrinə müsahibəsində Almaniya kansleri Fridrix Mertsi tənqid edib.
InterPress.ge xəbər verir ki, Dias bildirib ki, Merts Avropa İttifaqında “hazırda yaşadığımız tarixi mərhələni necə idarə etməyi bilməyən liderlər” sırasına daxildir.
İspaniya ilə Almaniya arasında gərginlik Mertslə ABŞ prezidenti Donald Trampın görüşündən sonra yaranıb.
Vaşinqtonda keçirilən görüş zamanı Donald Tramp İspaniyanı sərt tənqid edib. ABŞ prezidenti Madridi İran əleyhinə mümkün hücumlar üçün Amerika hərbi bazasından istifadə etməyə icazə vermədiyinə görə qınayıb. Tramp həmçinin İspaniyanın mövqeyindən narazı qalaraq ölkə ilə ticarət münasibətlərini dayandırmaqla hədələyib.
Yolanda Dias isə Mertsi məhz buna görə tənqid edərək bildirib ki, o, Trampın tənqidlərinə qarşı İspaniyanı müdafiə edə bilməyib.
“Bu gün Avropaya liderlər lazımdır, Trampa hörmət göstərən vassallar yox”, – deyə Dias qeyd edib.


