Avroparlamentar: Gürcüstanda jurnalistlər və siyasətçilər hüquqi təqiblə üzləşir
Avropa Parlamentinin deputatı Nacho Sançes Amor bildirib ki, Gürcüstanda jurnalistlər, siyasətçilər və vətəndaş cəmiyyəti nümayəndələri arasında hüquqi təqiblə üzləşənlərin uzun siyahısı var.
InterPress.ge xəbər verir ki, o bu barədə Avropa Parlamentində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Gürcüstan Avropa perspektivindən uzaqlaşıb və bu, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mənfi nəticələrə səbəb olub.
“Burada Ermənistanın baş naziri Gürcüstanın Avropa İttifaqına üzvlük yolunu mühüm addım kimi qeyd etdi. Lakin onlar Avropa perspektivlərini tərk etdilər və bu, həm ölkə daxilində, həm də ölkə xaricində mənfi nəticələr doğurdu”, – deyə Sançes Amor bildirib.
Avroparlamentar qeyd edib ki, Gürcüstanda hüquqi təqiblə üzləşən jurnalistlərin, siyasətçilərin və vətəndaş cəmiyyəti nümayəndələrinin siyahısı kifayət qədər uzundur.
“Biz burada Elene Xoştarianın adını çəkdik, lakin onunla yanaşı, demokratiyanın müdafiəsi üçün səsini qaldıran müxtəlif demokratik qrupların çoxsaylı nümayəndələri də həbsdədir”, – deyə Nacho Sançes Amor əlavə edib.


