12 
Mar
2026
12:33
139

Şalva Papuaşvili: Bu gün Gürcüstanda radikal müxalifət deyil, radikal Brüssel var

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, hazırda ölkədə radikal müxalifət deyil, “radikal Brüssel” mövcuddur.

InterPress.ge xəbər verir ki, Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Avropa İttifaqının məqsədi Gürcüstana qarşı zorakılığı, radikalizmi, ekstremizmi, dezinformasiyanı və təbliğatı təşviq etməkdir.

Onun sözlərinə görə, radikal qrupların, təbliğatçıların və zorakı təşkilatların arxasında Avropa maliyyəsi dayanır.

Papuaşvili qeyd edib ki, ATƏT nümayəndə heyətinin səfəri zamanı iki əsas mesaj səsləndirilib – dövlət institutlarının zorla devrilməsi və seçkilərin, eləcə də parlamentin boykot edilməsi pislənilib.

“ATƏT nümayəndə heyətinin iki əsas mesajı oldu. Birincisi – dövlət institutlarının zorla devrilməsi pisləndi, ikincisi isə seçkilərin və parlamentin boykotu pisləndi. Bunun üçün cəmi iki cümlə kifayət etdi. Mən Avropa İttifaqının səfirindən soruşmaq istəyirəm – bu qədər çətindirmi? Çətindirmi demək ki, prezident sarayına hücum etmək olmaz? Niyə cənab Herçinski üçün bu sadə sözləri demək çətindir? Niyə Brüsseldə onun rəhbərliyi üçün demək çətindir ki, parlament mandatlarını cırmaq və parlamenti tərk etmək demokratiya deyil?

Əslində, bu onlar üçün çətin deyil. Onlar bunu qəsdən etmirlər ki, özlərinin radikalizmə verdiyi legitimliyi itirməsinlər. Çünki bu gün radikalizm tam şəkildə xaricdən legitimləşdirilib.

Bu gün bizdə radikal müxalifət yox, radikal Brüssel var. Onlar Gürcüstanda zorakı ssenarilərin həyata keçirilməsinə və hakimiyyətin kənardan dəyişdirilməsinə çalışırlar. ABŞ-ın yeni administrasiyasının imtina etdiyi şeyi indi Avropa öz üzərinə götürüb. Görünür, ‘regime change’ – hakimiyyətin dəyişdirilməsi üzrə təlimatlar onlara verilib və indi onu oxuyurlar. Görünür, hansısa səhifəyə gəlib çıxıblar. Xoşbəxtlikdən, pis şagirdlərdir. 4 oktyabr isə hakimiyyətin kənardan dəstəklənən uğursuz devrilmə cəhdinin nümunəsidir. Hətta Avropa Komissiyasının sözçüsü səviyyəsində həmin toplantıya dəstək verilmişdi. Buna görə də yenə soruşuram – Avropa İttifaqının səfiri və Brüssel üçün bu iki sadə cümləni demək bu qədər çətindirmi?” – deyə Şalva Papuaşvili bildirib.

Bizimlə əlaqə saxlayın