Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Moskva mexanizmi: Gürcüstanın işi Beynəlxalq Cinayət Məhkəməsinə göndərilə bilər

368
Moskva mexanizmi: Gürcüstanın işi Beynəlxalq Cinayət Məhkəməsinə göndərilə bilər
Dinləmək üçün basın

Roma Statutuna qoşulan dövlətlər ölkədəki vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) göndərilməsi məsələsini nəzərdən keçirə bilər.

Roma Statutuna qoşulan dövlətlər ölkədəki vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) göndərilməsi məsələsini nəzərdən keçirə bilər.

InterPress.ge xəbər verir ki, bu barədə ATƏT-in “Moskva mexanizmi” çərçivəsində Gürcüstanla bağlı hazırlanmış hesabatda qeyd olunur.

Hesabatda bu tövsiyə beynəlxalq ictimaiyyətə ünvanlanan tövsiyələr bölməsində yer alıb.

Sənəddə qeyd olunur ki, Gürcüstanda siyasi təqiblərin, işgəncələrin və digər qeyri-insani rəftar hallarının sayının artması fonunda Roma Statutunun iştirakçı dövlətləri mövcud vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsini müzakirə edə bilər.

Hesabatda həmçinin bir sıra digər tövsiyələr də yer alıb. Belə ki, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarına Gürcüstana missiya göndərmək imkanını nəzərdən keçirmək tövsiyə olunur.

Eyni zamanda, Avropa Şurasının baş katibinin Gürcüstandan İnsan Hüquqları Konvensiyasının müddəalarının necə həyata keçirildiyi barədə izahat tələb edə biləcəyi qeyd edilir. Bu, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 52-ci maddəsinə əsaslanır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →