Tramp: Hörmüz boğazının açılmasına ondan istifadə edən ölkələr kömək etməlidir
ABŞ prezidenti Donald Trump bildirib ki, Hörmüz boğazının yenidən açılmasına bu marşrutdan istifadə edən ölkələr də kömək etməlidir.
InterPress.ge xəbər verir ki, Trampın sözlərinə görə, Avropa və Çin Fars körfəzində hasil olunan neftdən ciddi şəkildə asılıdır.
ABŞ prezidenti Financial Times nəşrinə müsahibəsində vurğulayıb ki, digər ölkələrdən reaksiya gəlməzsə, bu, NATO-nun gələcəyi üçün çox mənfi nəticələr doğura bilər.
“Əgər cavab olmazsa və ya cavab mənfi olarsa, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün çox pis olacaq”, – deyə Tramp bildirib.
InterPress.ge-nin məlumatına görə, Tramp əlavə edib ki, ABŞ Avropadakı müttəfiqlərinə qarşı həmişə çox anlayışlı olub.
“Ukrayna məsələsində onlara kömək etməyə məcbur deyildik. Ukrayna bizdən minlərlə mil uzaqdadır, amma biz kömək etdik. İndi isə görək onlar bizə kömək edəcəklərmi. Mən çoxdan deyirəm ki, biz onların yanında olacağıq, amma onlar bizim yanımızda olmayacaqlar. Onların bizim yanımızda olacağına əmin deyiləm”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp həmçinin Çin prezidenti Xi Jinping ilə mart ayının sonunda Pekində planlaşdırılan sammitdən də danışıb və bildirib ki, bu səfər təxirə salına bilər.
Onun sözlərinə görə, ABŞ Çin tərəfinin də Hörmüz boğazının açılmasına kömək edəcəyini gözləyir. Tramp iddia edib ki, Çin neft ehtiyacının təxminən 90 faizini məhz bu boğaz vasitəsilə təmin edir.


