Reuters: İranın ali lideri ABŞ-la atəşkəs təklifini rədd edib
İranın ali lideri ABŞ ilə atəşkəs barədə təklifi rədd edib.
InterPress.ge xəbər verir ki, bu barədə Reuters nəşri iranlı yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Tehrana iki vasitəçi ölkə tərəfindən ABŞ ilə gərginliyin azaldılması və atəşkəsə dair təkliflər təqdim olunub. Lakin İranın yeni ali lideri Müctəba Xamenei bu təklifləri qəbul etməyib.
Eyni zamanda, iranlı yüksək vəzifəli şəxsin sözlərinə görə, Müctəba Xamenei xarici siyasət məsələlərinə həsr olunmuş ilk iclasda ABŞ və İsrailə qarşı “çox sərt və ciddi” mövqe sərgiləyib.
Onun sözlərinə görə, görüş zamanı ali lider bildirib ki, “ABŞ və İsrail diz çökənə, məğlubiyyətlərini qəbul edib kompensasiya ödəyənə qədər sülh üçün uyğun vaxt deyil”.
İranlı rəsmi görüşdə ali liderin şəxsən iştirak edib-etmədiyini dəqiqləşdirməyib.


