İranda müharibə nəticəsində fevralın 28-dən etibarən 3 186 nəfər həyatını itirib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı BBC, ABŞ-da fəaliyyət göstərən insan hüquqları təşkilatı Hrana-ya istinadən yayıb.
Məlumata görə, həlak olanlardan 1 394 nəfəri mülki şəxslərdir, onların arasında ən azı 210 uşaq da var.
Eyni zamanda, 1 153 hərbi qulluqçunun öldüyü bildirilir. 639 nəfərin kimliyi və statusu ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur.
