24 
Mar
2026
10:28
258

İran müharibənin dayanması üçün şərtləri açıqladı

İranın Ali lideri Müctəba Xameneinin hərbi məsələlər üzrə baş müşaviri Möhsən Rəzai bəyan edib ki, müharibə İranın çəkdiyi zərər tam kompensasiya olunana qədər davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.

Rəzainin sözlərinə görə, İran həmçinin ölkəyə qarşı tətbiq edilən bütün iqtisadi sanksiyalar ləğv olunana və ABŞ-ın İranın daxili işlərinə müdaxiləsinin qarşısını alacaq hüquqi zəmanətlər əldə olunana qədər mübarizəni davam etdirəcək.

“Silahlı qüvvələrimizin əməliyyatları güclü şəkildə davam etdirdiyini görürük. Yeni liderin seçilməsi ilə liderlik layihəmiz möhkəm şəkildə onun idarəçiliyinə keçib”, – deyə o bildirib.

O əlavə edib ki, faktiki olaraq müharibə bir həftədən artıq əvvəl başa çatsa da, ABŞ atəşkəsə hazır idi, lakin İsrailin baş naziri Benyamin Netanyahunun tələbi ilə davam etdirilib.

Rəzai həmçinin qeyd edib ki, müharibənin başlanmasından 15 gün sonra ABŞ bu müharibədə qələbənin mümkün olmadığını anlayıb.

Bizimlə əlaqə saxlayın