24 
Mar
2026
14:41
131

Litvada qəzaya uğrayan hərbi dron Ukraynaya məxsus olub

Litvada qəzaya uğrayan hərbi dronun Ukraynaya məxsus olduğu açıqlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Litvanın Baş naziri İnqa Ruqiniyene jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dron əvvəlcə Rusiya istiqamətinə göndərilmişdi, lakin sonradan kursunu itirib.

“Bizim hava məkanımızı keçərək Varena rayonuna daxil olan dron Ukraynaya məxsus idi və həmin gecə ukraynalıların Rusiyaya qarşı həyata keçirdiyi əməliyyatla əlaqəli idi”, – deyə o qeyd edib.

Məlumata görə, Baltikyanı ölkənin ordusu dronun ölkənin hava məkanına daxil olduğunu və Belarus sərhədindən təxminən 20 kilometr məsafədə, donmuş gölə düşdüyünü açıqlayıb.

Baş nazir bildirib ki, bu hadisə təkcə lokal xarakter daşımır və daha geniş təhlükəsizlik kontekstinin bir hissəsidir.

“Bu, yalnız yerli insident deyil, daha geniş təhlükəsizlik mənzərəsinin tərkib hissəsidir. Rusiyanın Ukraynaya qarşı aqressiyası bütün region üçün əlavə risklər yaradır”, – deyə İnqa Ruqiniyene vurğulayıb.

Bizimlə əlaqə saxlayın