25 
Mar
2026
11:31
224

İran tərəfi: “ABŞ özü ilə danışıqlar aparır”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi ABŞ-la bağlı sərt bəyanatla çıxış edib.

InterPress.ge xəbər verir ki, İran Silahlı Qüvvələrinin birgə komandanlığı – “Xatəm əl-Ənbia” mərkəzi qərargahının sözçüsü Ebrahim Zolfəqari ABŞ-ın mövqeyini tənqid edib.

“Daxili qarşıdurmanız o həddə çatıb ki, artıq özünüzlə danışıqlar aparırsınız? Bizim kimi insanlar heç vaxt sizin kimi insanlarla uzlaşmayacaq”, – deyə o, Amerika tərəfinə müraciət edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, prosesə ABŞ-ın vitse-prezidenti Jey Di Vens və dövlət katibi Marko Rubio rəhbərlik edir.

Eyni zamanda, Reuters agentliyi məlumatlı mənbəyə istinadən bildirib ki, Vaşinqton münaqişənin həllinə yönəlmiş 15 maddəlik plan hazırlayaraq Tehrana təqdim edib.

Bizimlə əlaqə saxlayın