26 
Mar
2026
10:00
150

Tramp: “İran razılaşma istəyir, amma bunu deməyə qorxur”

ABŞ prezidenti Donald Trump İranla bağlı növbəti açıqlama verib.

InterPress.ge xəbər verir ki, Tramp bildirib, İran razılaşma əldə etmək istəyir, lakin bunu açıq şəkildə deməkdən çəkinir.

“Onlar danışıqlar aparırlar və razılaşma istəyirlər, amma bunu deməyə qorxurlar, çünki düşünürlər ki, öz xalqı onları öldürə bilər. Həmçinin qorxurlar ki, biz onları öldürərik”, – deyə Tramp qeyd edib.

Bundan əvvəl Ağ Ev bəyan edib ki, İranla danışıqlar dalana dirənməyib, baxmayaraq ki, Tehran müharibənin dayandırılması ilə bağlı təqdim edilən 15 maddəlik planı dərhal qəbul etməyib.

Eyni zamanda, Tramp administrasiyasının iki nümayəndəsi CNN-ə bildiriblər ki, ABŞ çıxış yollarını müzakirə etmək üçün Pakistanda görüşün təşkil olunması üzərində işləyir.

Bizimlə əlaqə saxlayın