26 
Mar
2026
18:22
192

Anita Hipper: “Elenə Xoştariaya çıxarılan hökm qeyri-proporsionaldır”

Avropa Komissiyasının sözçüsü Anita Hipper “Droa” partiyasının lideri Elenə Xoştaria barəsində çıxarılan hökmə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Hipper brifinqdə jurnalistin sualını cavablandırarkən hökmü qeyri-proporsional adlandırıb.

“Daha bir müxalifətçi siyasətçi – Elenə Xoştaria barəsində çıxarılan, 18 ay azadlıqdan məhrumetməni nəzərdə tutan hökmü qeyri-proporsional hesab edirik. Bu, bir daha göstərir ki, Gürcüstan hakimiyyəti əsas demokratik standartlara zidd şəkildə hərəkət edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu hal demokratik repressiyaların davamı kimi qiymətləndirilir.

“Biz bunu demokratik repressiyaların davamı hesab edirik və bu proses dayandırılmalıdır. Bu, müxalifətə, jurnalistlərə, vətəndaş fəallarına və fundamental hüquqlar, ifadə azadlığı uğrunda mübarizə aparan şəxslərə qarşı yönəlmiş təzyiqlərin bir hissəsidir”, – deyə Hipper qeyd edib.

Avropa Komissiyası sözçüsü vurğulayıb ki, bütün ədalətsiz şəkildə saxlanılan şəxslər azad edilməlidir.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Qiorqi Arevadze qərarı ilə Elenə Xoştaria 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı ittiham Tbilisi meri Kaxa Kaladzenin seçki bannerinə ziyan vurulması ilə bağlı irəli sürülüb.

Bizimlə əlaqə saxlayın