ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərməyi nəzərdən keçirir - SƏS
Ağ Ev və Pentaqon yaxın günlərdə Yaxın Şərqə əlavə olaraq minimum 10 min döyüş hərbçisinin göndərilməsi məsələsini müzakirə edir.
InterPress.ge xəbər verir ki, bu barədə Axios nəşri ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, əgər Donald Trump administrasiyası bu qərarı qəbul edərsə, bu addım regionda ABŞ hərbi qüvvələrinin sayını əhəmiyyətli dərəcədə artıracaq və İranla bağlı mümkün quru əməliyyatına hazırlığın siqnalı kimi qiymətləndirilir.
ABŞ müdafiə qurumunun rəsmisi bildirib ki, yekun qərarın gələn həftə verilməsi gözlənilir. Onun sözlərinə görə, göndərilməsi planlaşdırılan hərbçilər artıq regionda yerləşdirilmiş bölmələrdən deyil, digər döyüş bölmələrindən seçiləcək.
Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqə əlavə 10 min quru qoşunu göndərməyi nəzərdən keçirməsi barədə məlumatı ilk olaraq Wall Street Journal nəşri yayıb.


