28 
Mar
2026
12:27
179

Reuters: İran Səudiyyə Ərəbistanında aviabazaya zərbə endirdi – ABŞ hərbçiləri yaralandı

İran Səudiyyə Ərəbistanında yerləşən aviabazaya raket zərbəsi endirib.

InterPress.ge xəbər verir ki, bu barədə Reuters amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Məlumata görə, hücum Prince Sultan Air Base aviabazasına qarşı həyata keçirilib.

Zərbə nəticəsində azı 12 amerikalı hərbçi yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Həmçinin hücum zamanı ABŞ-a məxsus iki KC-135 tipli yanacaq dolduran hərbi təyyarə zədələnib.

Qeyd olunur ki, İranla münaqişənin başlanmasından sonra Yaxın Şərqdə 300-dən çox ABŞ hərbçisi yaralanıb, 13 nəfər isə həlak olub.

Bizimlə əlaqə saxlayın