Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Donald Tramp: İranla danışıqlarda irəliləyiş var, razılaşma olmazsa ağır zərbələr endiriləcək

289
Donald Tramp: İranla danışıqlarda irəliləyiş var, razılaşma olmazsa ağır zərbələr endiriləcək
Dinləmək üçün basın

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranda “yeni və daha rasional rejimlə” hərbi əməliyyatların dayandırılması ilə bağlı ciddi danışıqlar aparır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranda “yeni və daha rasional rejimlə” hərbi əməliyyatların dayandırılması ilə bağlı ciddi danışıqlar aparır.

InterPress.ge xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, danışıqlarda “böyük irəliləyiş” əldə olunub. Lakin razılaşma qısa müddətdə əldə edilməzsə və Hörmüz boğazı dərhal açılmazsa, ABŞ sərt addımlar ata bilər.

“Böyük irəliləyiş var, amma əgər hər hansı səbəbdən razılaşma tez əldə olunmasa və Hörmüz boğazı dərhal açılmasa, biz İranda elektrik stansiyalarını, neft yataqlarını və Xark adası da daxil olmaqla bir sıra obyektləri məhv edəcəyik”, – deyə Tramp qeyd edib.

O əlavə edib ki, bu addımlar ABŞ hərbçilərinin ölümünə cavab olaraq “qisas” xarakteri daşıyacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →