Media: Körfəz ölkələri Trampı İrana qarşı müharibəni davam etdirməyə çağırır
ABŞ-ın Fars körfəzi üzrə müttəfiqləri – Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla – ABŞ prezidenti Donald Tramp-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırırlar.
InterPress.ge xəbər verir ki, bu barədə Associated Press ABŞ, İsrail və Körfəz ölkələrinin anonim mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreyn rəsmiləri qeyri-rəsmi görüşlərdə bildiriblər ki, Tehran kifayət qədər zəiflədilməyib və hərbi əməliyyatlar İran rəhbərliyində ciddi dəyişikliklər və ya ölkənin davranışında kəskin dönüş baş verənədək davam etməlidir.
Bildirilir ki, bu müzakirələr qapalı formatda aparılıb.
Agentlik yazır ki, Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib. Bununla belə, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton və onun Körfəz regionundakı müttəfiqləri İran məsələsində vahid mövqedən çıxış edirlər.
“Onlar dini fanatiklərdir və heç vaxt nüvə silahına sahib olmamalıdırlar. Onların apokaliptik gələcək baxışı var. Bütün qonşuları bunu bilir və məhz buna görə də bizim səylərimizi dəstəkləyirlər”, – deyə Rubio qeyd edib.


