02 
Apr
2026
09:17
159

Tramp İranda müharibə ilə bağlı xalqa müraciət etdi: "Bizə Hörmüz boğazı lazım deyil"

"ABŞ hərbçiləri İranla müharibədə qarşılarına qoyulan vəzifələri, demək olar ki, yerinə yetiriblər. Biz işi tezliklə bitirəcəyik. Məqsədə çox yaxınıq".

InterPress.ge xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranda müharibə ilə bağlı xalqa telemüraciətində deyib.

O, müharibənin nə vaxt bitəcəyi ilə bağlı suala yenə də cavab verməyib, ancaq ABŞ-nin İranın hərbi dəniz donanmasını və hərbi hava qüvvələrini məhv etdiyi, həmçinin onun ballistik raket proqramlarını və nüvə silahını iflic etdiyi barədə sözlərini yenidən təkrarlayıb.

Tramp, həmçinin artıq bir aydır Tehranın faktiki olaraq blokadaya aldığı Hörmüz boğazına ABŞ-nin deyil, başqa ölkələrin ehtiyacı olduğunu vurğulayıb:

"İşin ən çətin hissəsi görülüb və münaqişə bitdikdə boğaz təbii yolla açılacaq".

ABŞ prezidenti əlavə edib ki, İrana növbəti iki-üç həftə ərzində "son dərəcə güclü zərbə" endirməyə hazırlaşırlar.

Tramp müharibə ilə əlaqədar yanacağın qiymətlərinin artmasını "qısamüddətli" adlandırıb:

"Bir çox amerikalılar burada, ölkəmizdə benzinin qiymətinin son vaxtlar artmasından narahatdırlar. Bu qısamüddətli artım İran rejiminin münaqişəyə heç bir aidiyyəti olmayan ölkələrin kommersiya neft tankerlərinə qarşı dəlicəsinə terror hücumları etməsinin nəticəsidir".

Bizimlə əlaqə saxlayın