Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Türkiyənin Milli Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq

905
Türkiyənin Milli Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq
Dinləmək üçün basın

Uşaq, qadın, yaşlı demədən Xocalıda qətliam törədən Ermənistan 30 il əvvəl necə idisə, bu gün də eyni şəkildə regionda sülh və sabitliyin bərqərar olmasına əngəl yaradır.

Uşaq, qadın, yaşlı demədən Xocalıda qətliam törədən Ermənistan 30 il əvvəl necə idisə, bu gün də eyni şəkildə regionda sülh və sabitliyin bərqərar olmasına əngəl yaradır.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistanın beynəlxalq hüququn açıq şəkildə pozulması olan və mülki əhali arasında itkilərə səbəb olan hücumunu şiddətlə qınayırıq. Ermənistan dərhal hücumlarını dayandırmalı, ölkə xaricindən gətirilmiş muzdlu əsgərləri, terrorçuları geri göndərməli və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Günahsız dinc əhalini hədəf alan erməni terrorçularla əməkdaşlıq edən PKK-YPG-li terrorçular dərhal bölgəni tərk etməlidir. Əks təqdirdə hər zaman olduğu kimi yenə də məyus olacaqlar”, - deyə Türkiyə MMN bildirib.

Türkiyənin Milli Müdafiə Nazirliyi həmçinin Ermənistan tərəfinin Ankaraya qarşı əsassız iddialarına da cavab verib:

“Ermənistanın ona qarşı Türkiyə təyyarələri və PUA-larının istifadəsinə dair heç bir sübuta əsaslanmayan cəfəng iddiaları həqiqəti əks etdirmir. Üstəlik, bu iddialar öz dəstəkçiləri istisna olmaqla heç kim tərəfindən ciddi qəbul edilmir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələri təkbaşına zəfər əldə edə biləcək imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını qurtaracaq əzm və qərarlılığa sahib olduğunu ötən günlərdə bütün dünyaya göstərib.

Bütün imkanlarımızla xalqını və ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edən, öz ərazilərini geri qaytarmaq mübarizəsi aparan Azərbaycan türkü qardaşlarımızın bundan əvvəl olduğu kimi, bundan sonra da yanında olacağımızı bir daha vurğulamaq istəyirik.

Ermənistanın hücumlarında şəhid olan Azərbaycan türkü qardaşlarımıza Allahdan rəhmət, bütün Azərbaycan xalqına başsağlığı diləyirik”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →