04 
Apr
2026
22:13
149

İran XİN rəhbəri: Pakistan üzrə danışıqlardan imtina etməmişik

İran ABŞ-la danışıqlar üçün Pakistana getməkdən imtina etmədiyini bəyan edib.

InterPress.ge xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkə X-də paylaşım edib.

Onun sözlərinə görə, ABŞ mediası İranın mövqeyini yanlış təqdim edir.

“Amerika mediası İranın mövqeyini düzgün əks etdirmir. Biz Pakistanın səylərini yüksək qiymətləndiririk və İslamabada getməkdən heç vaxt imtina etməmişik. Bizim üçün əsas məsələ bizə zorla qəbul etdirilmiş bu qeyri-qanuni müharibənin yekun və davamlı şəkildə başa çatdırılması şərtləridir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl The Wall Street Journal ABŞ və İran arasında atəşkəslə bağlı danışıqların çıxılmaz vəziyyətə düşdüyünü yazmışdı. Həmçinin bildirilmişdi ki, Tehran yaxın günlərdə İslamabad şəhərində ABŞ nümayəndələri ilə görüşə hazır deyil.

Bizimlə əlaqə saxlayın