06 
Apr
2026
11:36
140

Tbilisidə rəsmi mərasim: İlham Əliyev Gürcüstan Prezidentinin sarayında qarşılanıb

Gürcüstan Prezidentinin sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, dövlət səfəri çərçivəsində İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında təkbətək görüş planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti bu gün Gürcüstana səfər edib.

Səfər çərçivəsində İlham Əliyev həyat yoldaşı ilə birlikdə Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək əklil qoyub.

Eyni zamanda, səfər proqramına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin yad edilməsi də daxil olub.

Bildirilib ki, İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə yanaşı, Baş nazir İrakli Kobaxidze ilə də görüşləri nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın