06 
Apr
2026
16:28
155

Kobaxidze: Orta Dəhlizin rolu qlobal dəyişikliklər fonunda artır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında nəqliyyat və logistika məsələlərinə də toxunub.

Onun sözlərinə görə, qlobal siyasi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır.

Kobaxidze bildirib ki, Gürcüstan və Azərbaycan Asiya ilə Avropa arasında əlaqələndirici körpü rolunu oynayır və bu kontekstdə nəqliyyat-logistika infrastrukturunun inkişafı prioritet istiqamətlərdən biridir.

Baş nazir qeyd edib ki, hər iki ölkə beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı tərəfdaş kimi çıxış edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər